Yolun ortasında uzanan pələnglər meşə mühafizəsinə mane oldular – VİDEO

06:40 18-03-2020 568

Hindistanda pələnglər yerli meşə patrulunun işinə mane olublar.

“NDLC” xəbər verir ki, xüsusi avtomobildə meşə mühafizəsini təşkil etməyə çıxan Susanta Nanda öz vəzifəsini yerinə yetirə bilməyib.

Meşədə patrul həyata keçirərkən S.Nanda dar cığırda uzanmış iki pələnglə rastlaşıb.

Cığır dar olduğu üçün hindistanlı geri qayıtmalı olub.

Qeyd etmək lazımdır ki, pələnglər aqressivlik sərgiləmədiyi üçün mühafizəçi onları lentə ala bilib.

Onun sözlərinə görə, bu vəhşi heyvanlar yolda uzanaraq buranın sahiblərinin kim olduğunu sərgiləmək istəyiblər.