Kanada sakini özünəinamı artırmaq üçün dərisini mavi rəngə boyadı – FOTO

07:00 18-03-2020 348

Kanadanın Skarboro şəhərinin (Ontario əyaləti) sakini Donni Snayder inamsızlıqdan qurtulmağın qeyri-adi yolunu tapıb.

“Daily Star” xəbər verir ki, Donni illər boyu özünəinamla bağlı problem yaşayıb.

Bir dəfə o, döymə ustası olan bacısından ayağının bir hissəsini mavi rəngə boyamağı xahiş edib.

Nəticə D.Snayderin o qədər xoşuna gəlib ki, o bu prosesi davam etdirib.

Bir müddət sonra Donninin dərsinin əksər hissəsi mavi rəngə boyanıb.

Qeyd edək ki, hal-hazırda D.Snayder özünəinamı bərpa etdiyini və xoşbəxt olduğunu iddia edir.

Lakin bunun mənfi təsiri də var. Kanada sakini özünü işguzar bir şəxs kimi qələmə versə də, onu heç yerdə işə götürmürlər.