Məşhur futbolçu qonşuları tərəfindən ağır təhqir edildi – VİDEO

08:00 18-03-2020 502

Fransanın “Monako” klubunun məşhur futbolçusu Sesk Fabreqas öz “Twitter” hesabında Eddi Merfinin çəkildiyi “Amerikaya səyahət” filmindən bir epizodu canlandıran video paylaşıb.

“France Press” xəbər verir ki, futbolçu eyvana çıxaraq karantin səbəbindən evdən çölə çıxa bilməyən qonşularını salamlayıb.

Lakin qonşuları Fabreqasın bu təşəbbüsünü qiymətləndirməyərək onu ağır şəkildə təhqir ediblər.

“Təcridin dördüncü günüdür, insanlar həqiqətən də gərgindirlər”, - deyə idmançı zarafat etməyə çalışıb.

Qeyd edək ki, hal-hazırda futbol üzrə Fransa çempionatı təxirə salınıb.