“Brent” markalı neftin qiyməti 25 ABŞ dollarından aşağı düşdü

22:40 18-03-2020 470

“Brent” markalı neftin 2020-ci ilin may ayı fyuçerslərinin qiyməti 13,3% azalaraq bir barel üçün 24,9 ABŞ dollarına qədər ucuzlaşıb. 

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.  

Sonuncu dəfə bu markalı neft 2003-cü ilin mayında bu səviyyədə olub. 

Agentlik bildirib ki, WTI markalı neftin qiyməti də 21,3 faiz ucuzlaşıb və hazırda bu markalı neftin bir barelinin qiyməti 21,5 ABŞ dollarıdır. WTI markalı neft sonuncu dəfə 2002-ci ilin martında bu qiymətə satılıb.