Türkiyədə koronavirusdan daha bir nəfər öldü, xəstə sayı 191-ə çatdı

00:40 19-03-2020 441

Türkiyədə daha bir nəfər koronavirusdan ölüb.  

“Haber Global”ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.  

“Twitter” hesabından məlumat paylaşan Koca 61 yaşlı kişinin xəstəlik səbəbindən dünyasını dəyişdiyini bildirib.  

O, həmçinin qeyd edib ki, daha 93 nəfərdə yoluxma aşkarlanıb.  

Bununla da Türkiyədə ümumi yoluxanların sayı 191 nəfərə çatıb.