Sabiq “MMA” döyüşçüsü bir neçə qətl törətməkdə şübhəli bilinir

05:00 19-03-2020 406

Sabiq “MMA” döyüşçüsü Sedrik Marks bir kişini və iki qadını öldürməkdə şübhəli bilinir.

“Associated Press” xəbər verir ki, Marks 2009-cu ildə uşağının anasını öldürməkdə ittiham edilir.

Bundan əlavə, sabiq döyüşçünün ötən il rəfiqəsini və naməlum bir kişini qətlə yetirdiyi ehtimal edilir.

Qeyd edək ki, S.Marks 1999-2018-ci illərdə peşəkar rinqdə çıxış edib. Onun hesabında 31 qələbə və 28 məğlubiyyət var.