Aynişanın ayağı sürüşüb yıxıldı: “Sol tərəfim işləmir” - FOTO

13:00 19-03-2020 457

Əməkdar artist Aybəniz Haşımovanın yeni evlənən qızı Aynişan yıxılaraq xəsarət alıb. 

HerGun.Az xəbər verir ki, Aynişan bununla bağlı “Instagram” hesabında məlumat verib. 

O bildirib ki, bal ayından qayıtdıqdan sonra səhhəti ilə bağlı problemlər yaşayıb:

“Balidən qayıdandan bəri xəstəyəm, üstünüzə sağlıq. Gələn kimi qızdırma, herpes… Elə təzəcə sağalırdım ki, evin içində ayağım sürüşdü, çox faciəvi şəkildə. Sol tərəfim hələ də tam olaraq işləmir. Elə ondan sonra da qrip oldum. Gələndən bəri savaş içərisindəyəm”.