“Playboy” jurnalı koronavirusa görə fəaliyyətini dayandırdı

20:20 19-03-2020 686

ABŞ-ın “Playboy” jurnalı koronavirus pandemiyası ilə əlaqədar fəaliyyətini dayandırıb.

Bu barədə “Wall Street Journal” nəşri “Playboy Enterprises” şirkətinin direktoru Ben Kona istinadən məlumat yayıb.

Konun sözlərinə görə, koronavirusla bağlı vəziyyətə görə müştərilərin yalnız bir hissəsi jurnalın çap olunmuş versiyasını alır.

O, nəşrin artıq onlayn versiyada buraxılacağını deyib.

Qeyd edək ki, jurnalın ilk sayı 1953-cü ildə 51 min tirajla buraxılıb.