Millimizin futbolçusu evdə itlə top çiləyir, sarımsaq yeyir - VİDEO

00:00 20-03-2020 408

Millimizin futbolçusu Rüfət Dadaşov ABŞ futbol çempionatının dayandırılmasından səmərəli istifadə edir.

HerGun.Az xəbər verir ki, o, sevgilisi və iti ilə birgə evdən çıxmır. 

Hücumçumuz məşhur futbolçuların tualet kağızı ilə etdiyi “challeng”dən də yararlanır. Amma tualet kağızı ilə yox, topla.

28 yaşlı futbolçu həmçinin koronavirusdan qorunmaq üçün sarımsaqdan da istifadə etdiyini göstərir.

Səbuhi Musayev