Ambidekstr rəssamın əsərləri görənləri valeh edir – FOTO/VİDEO

08:20 20-03-2020 534

Rəssam Kolin Darkın şəkillərini görən bir çox insan etiraf edir ki onun kimi çəkməyi bacarmır.

“Daily Star” xəbər verir ki, Kolin beş yaşından şəkil çəkməyi sevdiyini qeyd edir. Lakin o təsəvvürünə belə gətirə bilməzdi ki, eyni zamanda hər iki əli ilə şəkil çəkməyi bacarır.

K.Dark həyatı boyu sağ əli yorularkən sol əlini istifadə edirdi.

Lakin bu yaxınlarda ambidekstr rəssam özündə bu istedadı kəşf edib.

Öz şəkillərini sosial şəbəkələrdə paylaşan Kollin qısa zamanda məşhurluq qazanıb.