Prezidentin ayırdığı bir milyard manat necə idarə olunacaq? - VİDEO

01:00 21-03-2020 549

Azərbaycan dövləti ən çətin vaxtlarda xalqın rifahını qorumaq, eləcə də, iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün daim öz dəstəyini göstərib.

Növbəti belə dəstək Prezident İlham Əliyev tərəfindən koronavirusun mənfi təsirlərini aradan qaldırmaq məqsədilə imzalanan sərəncam oldu.

2020-ci ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə bir milyard manat ayrıldı. Sərəncam əsasında dörd İşçi Qrup yaradılacaq.

İqtisadçı ekspert Ruslan Atakişiyev Baku TV-yə dövlət başçısının ayırdığı bir milyard manatın hansı sahələrə sərf olunacağından danışıb.