Koronavirus barədə məşhur mif rədd edildi

22:40 21-03-2020 307

Lombardiya (İtaliya) klinikasının intensiv terapiya şöbəsinin müdiri Antoni Pesenti, koronavirus infeksiyasının ağır formalarının yalnız yaşlı insanlarda göründüyünə dair populyar inamı rədd edib. Bu barədə “Sky News” məlumat yayıb.

Həkimin sözlərinə görə, onun şöbəsində vəziyyəti ağır kimi qiymətləndirilən koronavirus xəstələrinin yarısının yaşı 65-ə çatmayıb.

“Bizim 20 və 30 yaşlarında xəstələrimiz var. Onların sayı çoxdur, onlar da yaşlılarla eyni ağır vəziyyətdədirlər”, - deyə Pesenti vurğulayıb.

Antoni Pesentinin sözlərinə görə, yoluxan təqaüdçülər və gənclər arasında yeganə fərq gənclərin sağlam olması, daha az xəstəliklərdən əziyyət çəkməsidir: “Bu səbəbdən də sağ qalma nisbəti onlarda daha çoxdur”.