“Real”ın keçmiş prezidenti koronavirusdan öldü

01:40 22-03-2020 18

Madridin “Real” klubunun bir neçə gün əvvəl koronavirusa yoluxmuş keçmiş prezidenti Lorenzo Sanz vəfat edib.

Bu barədə “RİA Novosti” İspaniyanın “Marca” nəşrinə istinadən xəbər yayıb.

76 yaşında vəfat edən Lorenzo Sanzın məhz koronavirus səbəbindən öldüyü deyilir. 

Qeyd edək ki, o 1985-1995-ci illərdə “Real” klubuna rəhbərlik edib.