İspaniyada polis dinozavr qiyafətində gəzintiyə çıxan şəxsi saxladı - VİDEO

03:40 22-03-2020 409

İspaniyada polis küçədə tiranozavr qiyafətində gəzən şəhər sakinini saxlayıb. 

Hadisə Mursiya şəhərində baş verib. 

Hüquq-mühafizə orqanının işçiləri saxlanmanın videoçarxını internetвə yerləşdiriblər. 

Polis əməkdaşları yumor hissi ilə olublar. Belə ki, onlar videoya şərh yazaraq bildiriblər ki, koronavirusla əlaqədar karantin zamanı ev heyvanlarını gəzdirmək qadağandır. Onlar, həmçinin çarxa “Yura dövrünün parkı” filmindən olan musiqini də əlavə ediblər.

Videoçarxa artıq 5 milyon baxış var.

Qeyd edək ki,  İspaniya COVİD-19 pandemiyasına görə Avropada ən sərt karantin tədbirlərini tətbiq edib.