Daha bir ölkədə koronavirusdan ilk ölüm halı qeydə alındı

10:00 22-03-2020 327

Daha bir ölkədə koronavirusda ilk ölüm halı qeydə alınıb.  

“RİA Novosti” xəbər verir ki, Kolumbiyada bir nəfər bu xəstəlik səbəbindən dünyasını dəyişib.  

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.  

Qeyd edilib ki, vəfat edən şəxs liman şəhəri Kartexanın sakini olub və taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Ona virus bir italiyalı turistdən keçib.

Ümumilikdə isə Kolumbiyada 210 yoluxma faktı aşkarlanıb.