ÜST-ün baş direktoru gənclərə səsləndi: “Siz məğlubedilməz deyilsiniz” - VİDEO

01:40 23-03-2020 448

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus gənclərə müraciət edib. 

Müraciətdə deyilir: 

“Bu gün gənclərə bir mesajım var. Siz məğlubedilməz deyilsiniz. Bu virus sizin həftələrlə xəstəxanada yatmağınıza səbəb ola, hətta sizi öldürə bilər. Xəstələnməsəniz belə, gedəcəyiniz yerlə bağlı etdiyiniz seçim başqasının həyatda qalmağına və ya ölümünə səbəb ola bilər”.

Baş direktor həmçinin bir çox gəncə virusu deyil, doğru məlumatları yaydığına görə təşəkkür edib. O deyib ki, COVID-19-a qalib gəlmək üçün ölkələr, o cümlədən yaş qrupları arasında həmrəylik vacib şərtdir.