Səudiyyə Ərəbistanı komendat saatına keçdi

04:20 23-03-2020 355

Martın 23-dən etibarən Səudiyyə Ərəbistanında koronavirusla mübarizə çərçivəsində komendant saatı tətbiq ediləcək.

“SPA” agentliyi xəbər verir ki, bu haqda ölkənin kralı Salman müvafiq fərman imzalayıb.

Fərmana əsasən, 21 gün ərzində Səudiyyə Ərəbistanı vətəndaşları axşam 19:00-dan səhər 06:00-dək ölkənin şəhərləri arasında hərəkət edə bilməyəcək.

Qeyd etmək lazımdır ki, krallıqda 500 nəfərdən artıq insan koronaviusa yoluxub.