Hasan Şaş və Ümid Davala da koronavirusa yoluxdular

00:00 24-03-2020 119

“Qalatasaray” futbol klubunda daha üç nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Haber Global”ın məlumatına görə, komandanın iki məşqçisi və bir oyunçusunda koronavirusa yoluxma təsdiqlənib. Onlar Ümid Davala, Hasan Şaş və hələlik adı açıqlanmayan bir futbolçudur. 

Məlumatda hər üçünün artıq karantinə alındığı deyilir. 

Xatırladaq ki, bundan öncə “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrakda və baş məşqçi Fatih Terimdə koronavirus aşkarlanmışdı.