Sükan arxasında öldü, avtomobil yol qırağına çırpılaraq durdu – VİDEO

08:40 24-03-2020 420

Rusiyanın Gelencik şəhərində sürücünün sükan arxasında vəfat etməsi videoregistratora düşüb.

“Live Leaks” xəbər verir ki, videonun müəllifi önündə gedən “Toyota” avtomobilinin qəribə manevrlər etdiyini görüb və arxasınca düşüb.

Yolda saysız-hesabsız qəza vəziyyəti törədən maşın bir müddət sonra yol qırağında quraşdırılan dəmirlərə dəyərək dayanıb.

Məlumata əsasən, sürücü maşında olarkən halı pisləşib və hərəkət edən maşındaca keçinib.