Oğlu zarafat etdi, şahzadə koronavirusa yoluxdu - VİDEO

11:00 26-03-2020 19

Bir müddət əvvəl Kraliça Elizabetin nəvəsi şahzadə Uilyam təcili yardım işçiləri ilə zarafat edərək, koronavirus epidemiyasını yaydığını deyib. Dünən isə onun atası şahzadə Çarlzın pandemiyaya yoluxduğu müəyyənləşib. 

“HaberGlobal”ın məlumatına görə, hadisə Uilyamın Dublinə səfəri zamanı baş verib.

“Koronavirus olduqca dramatik görünür. Necə fikirləşirisiniz, KİV məsələni bir az şişirtmir ki? Bu arada Kembric hersoqu və hersoqinyası koronavirus yayırlar. Təəssüf edirəm”, - deyə şahzadə Uilyam zarafat edərək gülüb.

Dünən isə Şahzadə Çarlzın məlum olub. Bu səbəbdən o və xanımı Kamilla İsveçrədəki evlərində özünütəcrid rejimində qalırlar və işləri oradan idarə edirlər.