Türkiyədə qardaşlar arasında mübahisə ölümlə nəticələndi

06:20 27-03-2020 466

Türkiyənin İzmir şəhərində yaşayan 41 yaşlı Hakan T. 44 yaşlı Erkan T. Ilə mübahisə edib.

“Haber Global” xəbər verir ki, bir müddət sonra mübahisə davaya dönüşüb.

Münaqişə zamanı Hakan T. Tapança ilə qardaşının sinəsindən atəş açıb.

Atəş səsini eşidən qonşular polis və təcili tibb xidmətinə xəbər verib.

Hadisə yerinə gələn həkimlər qanlar içində yerdə uzanan kişiyə ilk yardım göstərdikdən sonra xəstəxanaya yerləşdiriblər.

Həkimlərin bütün cəhdlərinə baxmayaraq onun həyatınl xilas etmək olmayıb.