Böyük Britaniyanın səhiyyə naziri də koronavirusa yoluxdu

18:00 27-03-2020 331

Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok da koronavirusa yoluxub.

Bu barədə nazir “Twitter” hesabında yazıb.

“Yüngül simptomlar var. Hazırda evimdə karantin şəraitində çalışmağa davam edirəm”, - deyə nazir bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson da koronavirusa yoluxduğunu açıqlamışdı.