Fransada karantin müddəti uzadıldı

01:20 28-03-2020 355

Fransada koronavirus pandemiyasına görə elan olunmuş karantin müddəti uzadılıb.

Bu barədə TASS məlumat yayıb. 

Məlumatda bildirilir ki, Fransanın Baş naziri Eduard Filip  çıxış edərək karantin müddətinin aprelin 15-dək uzadıldığın elan edib. Baş nazir karantin dövrünün növbəti dəfə uzadılacağını da istisna etməyib.

Həmçinin karantin qaydalarına riayət etməyənlərin ciddi şəkildə cəzalandırılacağı bildirilib. 

Xatırladaq ki, son məlumatlara görə, Fransada 1995 nəfər koronavirusdan vəfat edib.