Ukraynada koronavirus qurbanlarının sayı səkkizə çatdı

14:00 28-03-2020 357

Ukraynada son sutka ərzində koronavirusdan üç nəfər ölüb.

MK xəbər verir ki, ölkədə infeksiya qurbanlarının ümumi sayı səkkizə çatıb.

Eyni zamanda, ötən gün virusa yoluxanların sayı daha 93 nəfər artıb.

Ölkədə, ümumilikdə, 311 nəfərdə koronavirusa yoluxma təsdiq olunub.