Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezident”liyə namizədinin Rusiyaya girişi qadağan edildi - FOTO

20:20 28-03-2020 430

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezident”liyinə namizəd olmuş Masis Mailyanın Rusiyaya girişinə qadağa qoyulub. 

Bu barədə sənədi “Yerevan teleqülləsi” “Telegram” kanalı yayıb.  

Sözügedın sənəddə qeyd edilib ki, Mailyanın Rusiya Federasiyası sərhədlərindən ölkəyə girişi 11 mart 2020-ci ildən 11 mart 2025-ci ilə kimi - beş il müddətinə qadağan olunur.  

Bu qərarı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) verib. Qeyd olunur ki, Masis Mailyan Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradıb. 

Mənbə həmçinin qərarda göstərilən pasportun diplomatik olduğuna da diqqət çəkib.