Şamaxıda avtomobil dirəyə çırpıldı, sürücü öldü

00:00 29-03-2020 339

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunda, Şamaxının Şərədil kəndi ərazisində qeydə alınıb.  

99-UB-539 dövlət nömrə nişanlı “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı radar dirəyinə çırpılıb.  

Hadisə zamanı avtomobil əzilib, radar dirəyi aşıb, sürücü - Xırdalan şəhər sakini, 1989-cu il təvəllüdlü Abbasov Elvin Mehman oğlu ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.