Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

07:40 29-03-2020 391

Yeni Zelandiyada koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.

Qeyd olunur ki, COVID-19-un 70 yaşlı qurbanı əvvəlcə qripdən müalicə olunurmuş. Diaqnoz qoyulduqdan sonra, onun müalicəsi ilə məşğul olan bütün tibbi heyət, eləcə də ailə üzvləri karantinə yerləşdirilib.

Hazırda ölkədə  koronavirusa 514 yoluxma halı qeydə alınıb.