Böyük Britaniyada itləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər

02:20 30-03-2020 476

Böyük Britaniya koronavirusa yoluxmuş insanları müxtəlif testlərlə yanaşı itlərin köməyi ilə də təsbit etməyi plalaşdırır.

“Asia One” xəbər verir ki, ölkənin “Medical Detection Dogs” adlı xeyriyyə təşkilatı Daren Universiteti ilə birgə itlərin güclü iybilmə qabiliyyətindən istifadə edərək müvafiq araşdırmalara başlayıb.

Mütəxəssislər əmindirlər ki, Parkinson, onkoloji xəstəlikləri, malyariyanı və digər infeksiyaları artıq müəyyən edə bilən heyvanlar bu işin də öhdəsindən gələ biləcəklər.

Onların fikrincə, itlərin təlim edilməsinə altı həftə vaxt tələb olunur. Təlimlər bitdikdən sonra heyvanlar ilk növbədə sərhəd məntəqələri və hava limanlarında fəaliyyət göstərəcək.