İspaniya koronavirusa yoluxanların sayına görə Çini keçdi

17:40 30-03-2020 329

İspaniya COVID-19 virusuna yoluxanların sayına görə Çini geridə qoyub. Bu gün verilən rəsmi məlumata əsasən, 85 195 nəfərdə koronavirus testinin nəticələri müsbət çıxıb.

TASS agentliyi xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilir ki, ötən gün 812 nəfər virusun qurbanı olub, 6 398 şəxs yeni növ pandemiyaya yoluxub.

Virusun qeydə alındığı vaxtdan bu günə qədər ölkədə 7 340 nəfər ölüb. 16 780 ispaniyalı virusa qalib gəlib.