Bu ölkədə 12 yaşlı qız koronavirusdan öldü

14:40 31-03-2020 19

Belçikada koronavirusdan 12 yaşlı qız vəfat edib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Son günlərdə Belçikada 876 yeni yoluxma halı qeydə alınıb. Bununla da, ölkədə koronavirusa yoluxanların sayı 12 775 nəfərə çatıb. Xəstəlikdən ölənlərin sayı isə 705 nəfərdir.

“Söhbət uşaqdan getdiyi üçün bu, emosional cəhətdən ağır məqamdır. Bu fakt həm də tibb və elm ictimaiyyətini narahatlığa saldı”, - bunun çox nadir hadisə olduğunu qeyd etməklə, Belçika Tibb Administrasiyasının rəsmi nümayəndəsi Emmanuel Andre bildirib.