Qadağalara rəğmən, sakinlər küçələrə axın edir - VİDEO

22:00 31-03-2020 480

Artıq Azərbaycanda vətəndaşların çölə çıxması məhdudlaşdırılıb.

Bu məhdudlaşdırma Nazirlər Kabineti yanında operativ qərargahın icazə verdiyi kateqoriyadan olan vətəndaşlardan başqa, hamıya şamil edilir.

Amma bütün qadağalara baxmayaraq, əhali küçələrə, dayanacaqlara və parklara axın etməkdə davam edir.

Baku TV əməkdaşları şəhərdəki vəziyyəti müşahidə edib.