Türkiyədə koronavirusdan ölüm sayı 214-ə çatıb

22:20 31-03-2020 28

Türkiyədə koronovirusdan (COVID-19) ölüm sayı artmaqdadır. Son məlumata görə, qardaş ölkədə bu səbəbdən ölənlərin sayı 214-ə çatıb.

Türkiyə Səhiyyə Nazirliyi bu barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, son sutka ərzində 46 nəfər koronavirusdan ölüb. Daha 2704 nəfərdə analizlərin cavabı müsbət çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 13 531-ə çatıb.