Mağazada dəhşət: Maçete ilə hücum etdi - VİDEO

04:40 02-04-2020 368

Maçete ilə silahlanmış kişi supermarketdə satıcını yaraladıqdan sonra hadisə yerindən qaçıb. Hadisə Rusiyanın paytaxtında baş verib.

REN TV hadisə ilə bağlı kadrları yayımlayıb.

Polislər şübhəlini tutublar. Saxlanılan vaxt o, müqavimət göstərməyə çalışıb. Bu səbəbdən asayiş keşikçiləri silahdan istifadə edərək xəbərdarlıq atəşi açmaq məcburiyyətində qalıblar.

Hazırda kişi saxlanılıb. Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.