Əfran İsmayılov: “Bütün günü “Call of Duty” oynayıram”

14:40 02-04-2020 372

“Çölə çıxmıram. Mərdəkandakı bağda qalıram. Qarın əzələləri üçün hərəkətlər edirəm”.

Bunu HerGun.Az-a açıqlamasında “Keşlə” klubunun futbolçusu Əfran İsmayılov deyib.

O, Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl etdiyini bildirib:

“Maskadan istifadə etmirəm. Çünki, demək olar ki, heç yerə çıxmıram. Amma spirtdən istifadə edirəm. Bir də əlimi sabunla çox yuyuram”.

“Bu karantin günlərində, əsasən, nə işlə məşğul olursunuz?” sualına isə təcrübəli futbolçu belə cavab verib:

“Özümün “Play Station 4”üm var. Futboldan başqa hər şey oynayıram. Bütün günü “Call of Duty”ni oynayıram. Onun yeni versiyası çıxıb”.

Səbuhi Musayev