İbrahim Məmmədov: “Xüsusi icazəsi olan şəxs avtomobilindən istifadə edə bilər, amma...”

22:40 03-04-2020 307

“Küçəyə çıxmaq üçün icazəsi olan şəxsin ehtiyacı varsa, avtomobilindən sərbəst şəkildə istifadə edə bilər. Şəxsin avtomobili üçün əlavə icazəyə ehtiyac yoxdur”. 

HerGun.Az-ın məlumatına görə, bunu Real TV-yə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həmin şəxs avtomobildə sərnişin daşıya bilməz:

“Avtomobildə olan şəxsin də icazəsi olmalıdır. Küçəyə çıxmağa icazəsi olmayan şəxs xüsusi karantin rejimini pozmuş sayır. Onlar haqqında tədbir görüləcək”.

İlhamə Əbülfət