FİFA yığma komandaların iyun oyunlarını təxirə salmağı tövsiyə etdi

02:40 04-04-2020 378

Koronavirusun yayılma vəziyyətini izləyən Beynəlxalq Futbol Federasiyasının (FİFA) işçi qrupu təşkilat şurasının bürosuna milli yığma komandaların iyun ayı üçün nəzərdə tutulan bütün matçlarını təxirə salmağı tövsiyə edib.

FİFA-nın mətbuat xidməti tərəfindən yayılmış məlumatda bildirilir ki, tövsiyə həm kişi, həm də qadın komandalarının oyunlarına şamildir.

Həmçinin işçi qrupu FİFA şurasının bürosuna dünya çempionatının 2022-ci ilin seçmə matçlarının planlaşdırılması üzrə konfederasiyaların nümayəndələri ilə ikitərəfli danışıqlar aparmağı, eləcə də qadın komandaları arasında Olimpiya Oyunlarına seçim turnirinin keçirilməsi üçün yeni tarixlərin beynəlxalq təqvimə daxil edilməsini tövsiyə edib.