Tramp prezident seçkilərinin vaxtını açıqladı

05:20 04-04-2020 318

Koronavirus pandemiyasına baxmayaraq, ABŞ-da prezident seçkiləri öncədən planlaşdırıldığı kimi noyabrın 3-də keçiriləcək.

Bu barədə ABŞ-ın cari Prezidenti Donald Tramp bildirib.

Dövlət başçısı poçt vasitəsilə uzaqdan səsvermə variantını rədd edərək bildirib ki, bəzi vətəndaşlar fırıldaqlıq edə bilərlər.

“İnsanlar məntəqələrə gələrək şəxsiyyətini təsdiq edən vəsiqələrini təqdim etməlidirlər”, - deyə Amerika lideri qeyd edib.

Xatırladaq ki, ABŞ-da seçki kampaniyası koronavirusun pandemiyası səbəbindən, demək olar, dayandırılıb. Bəzi ştatlarda yaz aylarında  keçirilməli olan ilkin seçkilər yaya təxirə salınıb.