Məşhur müğənniyə psixi pozuntu diaqnozu qoyuldu

07:00 04-04-2020 32

Amerikalı müğənni Selena Qomes həkimlər tərəfindən ona bipolyar pozuntu diaqnozu qoyulduğunu bildirib.

Bu barədə 27 yaşlı ifaçı “Instagram” sosial şəbəkəsində həmkarı Mayli Sayrus ilə apardığı canlı yayımda etiraf edib.

Müğənninin sözlərinə əsasən, ona diaqnoz Ştatın Balmontda yerləşən ən yaxşı psixiatrik xəstəxanasında qoyulub. Qomes bildirib ki, həkimlər xəstəliyi barədə ona danışdıqdan sonra sakitləşib.

“Əlimdə informasiya çox olduqda, bu, mənə kömək edir. Qarşımdakının nə olduğunu bildikdə qorxmuram. Uşaq olanda ildırımdan qorxurdum. Buna görə də, anam mənə ildırım haqqında çoxlu kitab aldı və bildirdi ki, onun haqqında ən qədər çox bilsəm, bir o qədər az qorxaram. Bu, işə yaradı”, - deyə müğənni bildirib.

Qeyd edək ki, bipolyar pozuntu (və ya maniakal-depressiv psixoz) əhval-ruhiyyənin tez-tez dəyişməsi ilə müşayiət olunan psixi xəstəlikdir.