Səs-küy etdikləri üçün qonşularını güllələdi - VİDEO

07:20 05-04-2020 330

Rusiyanın Ryazan vilayətinin Yelatma qəsəbəsində kütləvi qətl törədilib.

“Life”ın verdiyi məlumata əsasən, üçmərtəbəli evin sakini biri qadın olmaqla, beş qonşusunu güllələyib. 

Bildirilir ki, 32 yaşlı kişi qurbanlarından üçünü evin pilləkənlərində, ikisini isə həyətdə qətlə yetirib.

Cinayətkar artıq polis tərəfindən saxlanılıb.

İstintaq Komitəsinin məlumatına əsasən, aprelin 4-də axşam saatlarında cinayətkar eyvana çıxıb və gənclərdən səs-küy etməməyi xahiş edib. Sözlərinə məhəl qoyulmayanda isə, o, qeydiyyatdan keçirilmiş silahını götürərək qonşularını qətlə yetirib.