Ronaldo, yoxsa Ronaldu: Ata oğlunu ələ saldı - VİDEO

06:00 06-04-2020 477

Böyük Britaniyada Kriştianu Ronaldunun azarkeşi olan yeniyetmə atasından ona sevimli futbolçusunun saç düzümünü düzəltməyi xahiş edib.

“Sportbox.ru” xəbər verir ki, atası övladının xahişini yerə vurmayaraq, onun saçını qırxıb.

Lakin nəticə yeniyetməni şoka salıb, çünki atası ona Kriştianu Ronaldunun əvəzinə, Ronaldo Nazario da Limanın 2002-ci ildəki saç düzümünü düzəldib.

Yeniyetmə narazı olduğu halda, “bərbər-ata” əfsanəvi braziliyalının şəklini göstərərək, “Yalnız bir Ronaldo var!” sözlərini deyib.