Belçika təcrid rejimindən çıxmağa hazırlaşır

07:00 07-04-2020 308

Belçika höküməti mərhələli şəkildə koronavirus pandemiyası ilə əlaqəli ölkədə tətbiq edilən ictimai təcrid rejimindən çıxmağa hazırlaşır.

“RİA Novosti” xəbər verir ki, bunu krallığın Baş Naziri Sofi Vilmes bəyan edib.

“Biz normal həyata qayıdacağımıza ümid edirik...Ölkəni keçid müddətinə hazırlamalıyıq. Bu proses mərhələli şəkildə icra ediləcək”, - S.Vilmes əlavə edib.

Bunun üçün baş nazir həkim, iqtisadiyyatçı və sosioloqlardan ibarət mütəxəssis qrupu yaradıb.

“Bizi uzun bərpa dövrü gözləyir. Həyat koronavirusdan əvvələ və sonraya ayrılacaq”, - deyə baş nazir vurğulayıb.