Naftalanda ov tüfəngi ilə iti güllələyən şəxsin kimliyi bəlli olub - VİDEO

20:20 08-04-2020 539

Naftalan şəhərində naməlum şəxs ov tüfəngi ilə küçədəki iti güllələyib.

HerGun.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Paylaşımda videonun ötən gün Naftalan şəhəri, Habil Əliyev küçəsi, 31 ünvanında yerləşən binanın qarşısında çəkildiyi qeyd olunub. 

Mövzu ilə əlaqədar Naftalan Şəhər Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən Oxu.Az-a verilən məlumata görə, məsələ nəzarətə götürülüb. Artıq videogörüntülərdəki şəxsin kimliyi müəyyən olunub. Həmin şəxs Naftalan şəhər sakini Rəhimov Ədalət Qabil oğludur. 

Faktla bağlı şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görüləcək. 

Könül Cəfərli