Ata uşaqlarını əzablı ölümdən qurtardı - FOTO

21:00 08-04-2020 361

Böyük Britaniyanın Linkolnşir qraflığının Linkoln şəhərində çoxuşaqlı ata ailəsini yanğından xilas edib.

“The Lincolnite” xəbər verir ki, hadisə 27 yaşlı Kayl Klifordun arvadı Rebeka və dörd azyaşlı uşaqları ilə səhər yeməyi yediyi vaxt baş verib.

Naməlum səbəblərdən evdə yanğın başlayıb. K.Kliford dərhal uşaqları evdən küçəyə çıxarıb, Rebeka isə yanğınsöndürən çağırıb. Evə, arvadını xilas etməyə qayıdan Klifordun üstünə yanan parça düşüb və o, evlərində bəslədiyi iki it ilə alovların arasında qalıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər Klifordu, Rebekanı və itləri yanan evdən çıxarıblar.

Vəziyyəti ağır olan Kliford reanimasiyaya yerləşdirilib.

Polis yanğının səbəbini araşdırır.