Koronavirusa yoluxanların sayı milyon yarımı ötdü

01:20 09-04-2020 352

Dünyada koronavirusa yoluxanların sayı milyon yarımı ötüb.

Son statistik göstəricilərə görə, hazırda dünya əhalisinin 1 524 844 nəfəri koronavirusa yoluxub. Pandemiyadan ölənlərin sayı isə 87 870 nəfərdir.

Yoluxanların sayı əks olunan siyahıya ABŞ başçılıq edir. Bu ölkədə 446 205 nəfər yoluxucu var. Sonrakı yerlərdə İtaliya və İspaniya qərarlaşıb.

Koronavirusdan ölüm hadisələrinin sayına görə isə lider İtaliyadır. İtaliyada koronavirus qurbanlarının sayı artıq 17 669 nəfərdir.