Karantin rejimini pozduğu üçün saxlanıldı, üzərindən narkotik tapıldı - FOTO

09:40 09-04-2020 538

Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi müddətində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Emil Cavadzadənin sənədləri yoxlanılarkən, onun qaydaları pozaraq icazəsiz çölə çıxdığı müəyyən edilib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən E.Cavadzadənin narkotik vasitə daşımasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, polis şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı E.Cavadzadədən bir ədəd sellofan torbada ümumi çəkisi 350 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.