Elman Rüstəmovun əleyhinə səs verən deputat kimdir?

12:20 09-04-2020 335

Elman Rüstəmovun İdarə Heyətinin üzvü təyin edilməsi haqqında məsələnin əleyhinə səs verən deputat bəlli olub. 

HerGun.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

O, Elman Rüstəmovun əleyhinə səs verməsinin səbəbini açıqlayıb: 

“Çünki cənab Elman Rüstəmov elə başa düşür ki, Mərkəzi Bankın yeganə vəzifəsi manatın kursunun sabit saxlanılmasıdır. Halbuki başqa problemlər də var”, - deyə Q.Həsənquliyev əlavə edib. 

Bildirək ki, E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə məsələyə deputatlardan 91 nəfər lehinə, bir nəfər isə əleyhinə səs verib. 

Aqşin Kərimov