Azercell NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanalarını təqdim edir

19:20 09-04-2020 564

Abunəçilər 200-dən artıq ən populyar televiziya kanallarını yüksək keyfiyyətdə izləyə biləcəklər.

Azercell Telekom yeni NNTV mobil TV tətbiqi vasitəsilə ən çox baxılan televiziya kanalarını abunəçilərinə təqdim edir. Bu tətbiq Azercell istifadəçilərinə çox rahatlıqla və sərfəli qiymətlərlə yerli və xarici ən populyar televiziya kanallarını yüksək keyfiyyətdə izləmək imkanı verir. 

İndi Azercell abunəçiləri NNTV tətbiqi ilə daha çox - 200-dən artıq dünyanın ən baxımlı kanallarını izləyə biləcəklər. Burada hər zövqə uyğun tamaşaçı marağını təmin edəcək televiziya kanallarını tapmaq mümkündür. Belə ki, abunəçilər mobil TV tətbiqi vasitəsilə bədii film, musiqili proqramlar, uşaq, əyləncə kanallarını fasiləsiz olaraq yüksək səviyyəli HD formatda izləyəcəklər. NNTV İdman paketinə abunə olmaqla isə ən populyar matçlar və idman yarışlarına baxmaq imkanı mövcuddur.

Heç bir əlavə avadanlıq olmadan telekanalları izləmək imkanı verən bu texnoloji yenilikdən həm fakturalı, həm də fakturasız xətt abunəçiləri yararlana bilər. Xidmət  Android/IOS əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, abunəçilərin rahatlığını təmin edərək, 200-dən artıq dünyanın ən baxımlı kanallarını izləmək üçün onlara 2 növ tarif – günlük və aylıq paket, İdman paketinə isə aylıq abunəlik təklif olunur. Xüsusilə vurğulamaq istərdik ki, NNTV-yə ilk dəfə qoşulanlar 7 gün ərzində mobil TV-dən tamamilə ödənişsiz istifadə edəcəklər. Yalnız bir həftəlik istifadədən sonra xidmət ödənişli əsaslarla təqdim ediləcək.

NNTV xidməti ilə bağlı ətraflı məlumatla https://www.azercell.com/az/personal/services/partner_services/mobiltv/ internet səhifəsində tanış olmaq mümkündür.

Dünyada baş verən məlum vəziyyətlə bağlı özünün və cəmiyyətin sağlığı naminə hər kəsin evdə qalmağı tövsiyə olunur. Bunu nəzərə alaraq, Azercell şirkəti bütün istifadəçilərinə zamanlarını səmərəli və maraqlı keçirə bilmələri üçün davamlı olaraq müxtəlif kampaniyalar və xidmətlər təklif edir. Belə ki, Azercell abunəçilərinin Zvuk aylıq paketinə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən Azercell şəbəkəsində tam limitsiz istifadə imkanı vardır. Həmçinin, eyni anda 12 xarici dil öyrənmək imkanı verən dünyaca məşhur xarici dil öyrənmə mobil tətbiqi Busuu 24 mart–30 aprel tarixlərində aylıq paketi 50% endirimlə Azercell abunəçilərinin ixtiyarına verilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. 

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.