Koronavirus aşkarlanan qonşularına baş çəkməyə getdilər, özləri yoluxdular

23:40 09-04-2020 312

Türkiyənin İstanbul şəhərində koronavirus aşkar olunan qonşusuna baş çəkən bütün bina sakinləri epidemiyaya yoluxub.

Takvim.com.tr xəbər verir ki, qonşular xəstələnən Əbdürrəhim Aras adlı şəxsə baş çəkiblər.

Sonradan Ə.Arasın koronavirusa yoluxduğu məlum olub. Qonşuların test edilməsi nəticəsində 16 nəfərdə koronavirus aşkar edilib.

Əbdürrəhim Aras soyuqdəymə əlamətləri hiss etiyi zaman xəstəxanaya getdiyini və həkimin boğaz ağrısı dərmanı yazaraq onu evə göndərdiyini deyib.

Bundan sonra o, dərman qəbuluna başlayıb və işinə davam edib.

Bu barədə danışan Ə.Arasın qohumu vəziyyəti belə şərh edib:

“Əmim Əbdürrəhim Aras bir xəstəxanada təmizlik işçisidir. Bir gün işdən gələndə şiddətli öskürməyə başladı və qızdırması yüksəldi. Binada yaşayan hər kəs şəfa diləmək üçün dayımın yanına gəldilər. Öskürək davam edəndə onu xəstəxanaya apardım, test edildi və nəticə müsbət oldu. Əmimdən sonra mənzillərin hamısında sakinlər testdən keçirildi, amma hamının nəticəsi hələ bəlli deyil. İndiyə qədər cavabı məlum olanların hamısında nəticə müsbətdir. Hazırda anam və atamla yaşayıram, hər ikisində də testin nəticəsi müsbət çıxıb. Binada hər evdə müsbət nəticəsi olan var. Əmimdən bütün binaya yayıldı. Karantinimiz davam edir. Bələdiyyə də ehtiyaclarımızı qarşılayır”.