Türk Şurası humanizm, qarşılıqlı dəstək və həmrəyliyin birliyidir

17:50 13-04-2020 56

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən fövqəladə Zirvə görüşü başa çatsa da, dövlət başçılarının dünyaya verdiyi mesajlar siyasi gündəmdə əsas mövzu kimi qalmaqdadır.

Zirvə görüşü qlobal təhdidə qarşı mübarizədə koordinasiyalı addımların, həmçinin xalqlarımızın humanizm, qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan videokonfrans Türk Şurasının fəaliyyətində baş verən canlanmanın dinamizmini daha da artıraraq dünyada həmrəylik ruhunun güclənməsinə dərin töhfə vermiş oldu.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun qeyd etdiyi kimi epidemioloji risklər dövründə milli və beynəlxalq strategiyaların reallaşdırılması olduqca vacibdir. Hazırkı çətin günlərdə Türk Şurasının lider dövlətləri olan Azərbaycan və Türkiyənin köməyini xüsusi vurğulayan cənab Qebreyesusun minnətdarlıqla bu xeyirxahlığı unutmaycağını vurğulaması dərin hörmətin və inamın bariz nüminəsidir.

Bu çağırışa qoşulan Türk Şurası isə ilk olaraq qlobal problemə daha həssas yanaşaraq nümunəvi addım atmaqla həmrəyliyini və qətiyyətini, bəşəriyyətə olan dərin ehtiramını nümayiş etdirir.

Qloballaşma meyillərinin gücləndiyi müasir dövrdə milli identikliyin, tarixi köklərə bağlılığın qorunması olduqca mühüm çağırışa çevrilir. Azərbaycan Prezidentnin bəyan etdiyi kimi bu gün Türk Şurası qarşılıqlı etimadın möhkəmlənməsi, regionda və onun hüdudlarından kənarda sülhün təmin edilməsi, beynəlxalq terrorizmlə, separatçılıqla, ekstremizmlə və transsərhəd cinayətkarlığı ilə mübarizədə fəaliyyətin əlaqələndirilməsi, ümumi maraqlar çərçivəsində bütün sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığa töhfə verməkdədir.

Eyni zamanda, qarşılıqlı ticarət və sərmayələr üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi artıma, sosial və mədəni inkişafa, nəqliyyat, logistika, turizm, innovasiya texnologiyaları üzrə birgə fəaliyyətə doğri irəliləyən bu təşkilat artıq özünün siyasi obrazını dünyaya təqdim etməkdədir.
Türk Şurası hədəflədiyi beynəlxalq statusu üzərinə götürməklə mötəbər təşkilatlarla əlaqələri durmadan genişləndirməkdədir.

TürkPA, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır ki, bu da beynəlxalq səviyyədə əməkdaşlığın coğrafiyasını artırır. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq bu baxımdan mühüm əhəmiyyət kəsb etməkdədir.

2019-cu ilin oktyabrında keçirilənVII Zirvə Görüşündə Sədrliyi üzərinə götürən Azərbaycan Türk Şurasının fəaliyyətinin artması, daha konseptual məsələlərin müzakirəsində aktiv rol oynamaqdadır. Prezident İlham Əliyevin xüsusi təşəbbüskarlığı ilə planetin gərgin faciəli günlər yaşadığı bir dövrdə dövlət başçılarını bir araya yığması yükcək siyasi iradənin, bəşəri proseslərə olduqca həssas münasibətin və böyük həmrəylik davranışının nümunəsidir.

Azərbaycan hazırda dünya miqyasında iqtisadi proqramların, nəqliyyat, tranzit və digər layihələrin təxirə düşdüyü makroböhran dövründə belə qollarını çırmayaraq boş dayanmır.

Cənab İlham Əliyevin də vurğuladığı kimi mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir. Türk dünyasının geniş coğrafi hüdudları daxilində və kənarda enerji-nəqliyyat kommunikasiyasının fasiləsiz nizamlı işini davam etdirir, regionun geosiyasi arxitekturasını möhkəm saxlayır, Şərq-Qərb nəqliyyat dəhlizinin arteriyasını nizamla tənzimləyir, Bakı-Tbilisi–Qars dəmir yolu ilə daşınmaların intensivliyini davam etdirərək tarixi İpək Yolunun öz möhtəşəm vizyonunu qoruyur.

Şərq-Qərb istiqamətində orta dəhliz üzərindən Xəzərdən və Türkiyə ərazisindən keçən nəqliyyat marşrutları böyük potensiala malik tranzit kimi regonun xammal ehtiyaclarını ödəyir, iqtisadi durğunluğu aradan qaldırır. Dünyanın çalxalandığı bir mühitdə 2020-ci ilin ilk 3 ayında Türk dövlətləri ilə qarşılıqlı tarnzit daşınmalarının həcmini daha da artırıb, bu da iqtisadi dinamizmin hərarətinin artmasına bir işarədir.

Bu gün dünyada iri dövlətlər arasında qarşıdurma və etimad böhranı nəticəsində mürəkkəb geosiyasi vəziyyətin hökm sürdüyü siyasi atmosferada Azərbaycanın dövlət başçısının praqmatik və rasional siyasi qətiyyəti sayəsində regional və beynəlxalq səviyyələrdə Türk Şurası sabitləşdirici və birləşdirici rol oynayır. Şurada müşahidəçi qismində təmsil olunan Macarıstanın Baş naziri Viktor Orbanın vurğuladığı kimi Türk Şurası Avropa İttifaqı ilə birgə regionda təhlükəsizlik və faydalı əməkdaşlığı möhkənləndirməkdə güclü imkanlara malikdir.

Türk Şurası Şərqlə Qərbi birləşdirən yeni siyasi tranzitdir. Naxçıvanından Budapeştə - Qərbə uzanan birlik yoludur. ölkə zəngin milli və tarixi irsi ilə dünya sivilizasiyasına böyük töhfələr verib. Türk dünyasının zəngin milli-mənəvi dəyərlərini, tarixi irsi ilə dünya sivilizasiyasına qatqı qatmaqdadır. Mühüm geocoğrafi və geosiyasi mövqelərə sahib olan Macarıstanın Türk Ailəsinə üzv olması Avropa ilə inteqrasiyanın genişlənməsinə üfüq açır.

“Türk Şurası 2025” adlı yeni strategiya sənədinin müzakirə masasında olması, eləcə də ortaya qoyulan siyasi iradə, aparılan müzakirələrin istiqamətləri göstərir ki, Şura üzvlərinin əməkdaşlığı uzunmüddətli dövrə və strateji hədəflərə hesablanıb. “Türk baxışı 2040” proqramı isə türkdilli birliyin uzunmüddətli məqsədləri və Yol xəritəsini müəyyənləşdirir