“Sevilya”nın sabiq qapıçısı koronavirusdan sağaldı

03:20 15-04-2020 501

“Sevilya” və “Valensiya” klublarının qapılarını qorumuş futbolçu Andres Palop “İnstagram” səhifəsində koronavirusa yoluxduğunu və artıq xəstəlikdən sağaldığını bildirib.

“Sports.ru” xəbər verir ki, 46 yaşlı Palop buna görə 12 gün xəstəxanada müalicə aldığını qeyd edib.

“Artıq sağalmışam və evdəyəm”, - deyə keçmiş futbolçu əlavə edib.

Qeyd etmək lazımdır ki, A.Palop hələ 14 gün təcrid şəraitində qalmalı olacaq. Yalnız bundan sonra o yaxınları ilə görüşə biləcək.